Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var

HADİSƏ 30 mar 2021, 21:44
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Abdullayeva Nigar Əyyar qızı və 2009-cu il təvəllüdlü Abdullazadə Ruslan Ramin oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Abdullayevaya döş qəfəsinin, R.Abdullazadəyə isə sağ baldırın əziyi diaqnozları qoyulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top