Bakıda bu evlərin qiyməti bahalaşır

SOSİAL 30 mar 2021, 23:03

Yay mövsümü yaxınlaşdıqca Bakıda bağ evlərinin qiymətində artım olacağı ehtimalı böyükdür.

Demokrat.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, hər il yay mövsümü yaxınlaşdıqca bağ evlərinin qiymətində artım olur və bu il də istisna deyil.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunacaq. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bağ evlərinə tələbat xeyli artır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top