Novella Cəfəroğlu Cəmil Həsənlinin müdafiəsinə qalxdı: “Ailələrə toxunmaq olmaz”

GÜNDƏM 29 mar 2021, 14:57
“Bir-birinizlə müharibə aparırsız, aparın; qarşı tərəfi tənqid edin və s. Daha ailə məsələlərinə, insanların şəxsi həyatına niyə qarışırsınız?! Xaricdə yaşayan bir qrup da ağızlarını dinc tutmur”.

Bunu Pravda.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.

N.Cəfəroğlu qeyd edib ki, insanların şəxsi həyatı ilə bağlı videoları yaymaq yolverilməzdir: “Ağızlarını dinc qoymurlar, davamlı olaraq bizim cəmiyyətin ailələri ilə oynayırlar. Bu, murdarlıqdır. Belə situasiyalara nifrət edirəm. Belə videolar yayaraq düşmənçilik etmək bizim namusumuza, qeyrətimizə, mentalitetimizə yaraşmır. Bu məsələrə birdəfəlik “stop” demək lazımdır. Hansı tərəfdən baxsaq, namusla oynamaq biabırçılıqdır. Ailələrə toxunmaq olmaz!”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top