Ermənistanda polis mayoru və daha 3 nəfər rüşvət alarkən tutuldu

DÜNYA 29 mar 2021, 11:45
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) paytaxt Yerevanda rüşvət alan polis zabitini və daha 3 nəfəri saxlayıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Yerevanın Nor-Norka rayonunun polis bölməsinin baş müfəttişi, mayor M.E. cinayət işlərindən biri üzrə şahid qismində tanınan N.X. barədə cinayət işinin başlanmasının qarşısını almaq məqsədi ilə ondan rüşvət istəyib. Mayor ondan əvvəlcə 5 min dollar tələb edib. Ancaq “sövdələşmə” nəticəsində məbləğ 4 min dollara endirilib. N.X. bu məbləğin yarısını verib.

Tərəflər kafelərdən birində görüşüblər. MTX-nin əməkdaşları kafedən çıxan polis mayoru və cinayətdə şübhəli bilinən daha 3 nəfəri saxlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top