Gənc oğlan 15 yaşlı qızı evinə gətirdi və cinsi əlaqədə oldu — Cinayət işi

KRİMİNAL 29 mar 2021, 11:16
Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rauf yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün barəsində cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rauf 2020-ci ilin yanvarından həmin ilin iyun ayına qədər Nəsimi rayonu, 20 Yanvar küçəsindəki mənzikdə mütəmadi olaraq qeyri-rəsmi ər-arvad münasibətində olan 2004-cü il təvəllüdlü Ləman (ad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Bu səbəbdən istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2019-cu ilin avqust ayında metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Xəyal” yeməkxanasında Ləman ilə tanış olub: “Sonra tez-tez görüşdük və sevgi münasibətlərimiz yarandı. Anam bizim bu münasibətimizə etirazı olsa da, bir-birimizi sevdiyimiz üçün evlənmək qərarına gəldik”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2020-ci ilin yanvar ayının sonlarından Ləman ilə birlikdə kirayə qaldığı gəliblər: “Evdə Ləmana bildirdim ki, onun hələ 15 yaşı olduğu üçün rəsmi nikaha daxil ola bilmərik. Lakin birlikdə yaşayıb, cinsi münasibətdə ola bilərik, vaxt çatanda da nikaha daxil olarıq. Ləman da buna etiraz etmədi. Biz həmin günü cinsi əlaqədə olduq, Ləmanın bakirəliyini pozdum. Axşam anam evə gələndə məsələdən xəbər tutdu və artıq heç bir söz demədi. Mən də Ləmanla birlikdə bu evdə yaşamağa başladıq”.

Raufun sözlərinə görə, sonuncu dəfə Ləman ilə 2020-ci ilin iyun ayının əvvəllərində təbii yolla cinsi əlaqəda olub: “Bu münasibətlərimiz nəticəsində Ləman hamilə qaldı və hazırda bizim övladımız dünyaya gəlib. Ləman ilə rəsmi nikaha daxil olmaq fikrindəyəm”.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Raufun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 1 il 2 ay 23 gün müddətinə şərti cəza təyin olunub.

Raufun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib və məhkəmə zalından azadlığa buraxılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top