Ermənistanda daha 12 nəfər koronavirusdan öldü

DÜNYA 29 mar 2021, 19:07
Ermənistanda son sutkada daha 424 nəfərdə COVID-19 aşkarlanıb.

Demokrat.az
xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 190 741-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 476-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 882 nəfərdir. İndiyədək 172 096 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 14 287 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top