İradə Gülməmmədova I qrup əlilə yeni mənzilin açarlarını təqdim etdi — FOTOLAR

GÜNDƏM 27 mar 2021, 13:07
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə rayonun Aşağı Güzdək qəsəbəsində yaşayan I qrup əlil Nazlı Zaidovaya ev tikilib. Novruz bayramı günlərində mənzil aztəminatlı ailəyə təqdim edilib. 

Demokrat.az xəbər verir ki, bu münasibətlə qəsəbəyə gələn başçı mənzildə yaradılan şəraitlə tanış olub. Rəmzi olaraq yeni evin açarlarını ev sahibinə təqdim edən başçıya məlumat verilib ki, N.Zaidova yeniyetmə qızı ilə birgə yaşayır və sosial vəziyyətləri aşağı olub. Başqa gəlir mənbəyi olmayan N.Zaidova yalnız əlilliyə görə aldığı pensiya ilə dolanıb. Mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində etdiyi müraciətə Abşeron RİH-i tərəfindən müsbət reaksiya verilib və bu istiqamətdə işlər görülüb. 

N.Zaidova üçün iki otaqlı, kürsülü yeni mənzil inşa olunub, təmir edilib və ev yeni mebellərlə təmin olunub. Elektrik avadanlıqları və mətbəxt cihazları yerləşdirilib. Mənzilə istilik sistemi çəkilib, kombi avadanlığı quraşdırılıb. Bir sözlə mənzildə yaşamaq üçün hər bir şərait yaradılıb.

N.Zaidova bu Novruzu ikiqat bayram etdiklərini deyərək belə bir əziz günü yeni mənzildə keçirməyin böyük sevincini yaşadıqlarını ifadə edib. Ən böyük arzusununun fərdi mənzilə sahib olmaq olduğunu deyən N.Zaidova Azərbaycan dövlətinin onun arzusunu reallaşdırdığını söyləyib. Ölkədə fiziki qüsurlu insanlara dövlət tərəfindən diqqət və qayğının göstərildiyini deyən N.Zaidova buna görə cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

May be an image of 2 nəfər, oturan insanlar, people standing, fruit və içəridəMay be an image of 2 nəfər, people walking, people standing və açıq HavadaMay be an image of 1 nəfər, oturur, standing və içəridəMay be an image of 1 nəfər, oturur və içəridəMay be an image of 1 nəfər, standing, kostyum və içəridəMay be an image of furniture və içəridəMay be an image of furniture və yataq otağiMay be an image of içəridəMay be an image of açıq HavadaMay be an image of açıq Havada

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top