“Vətən Müharibəsi Əlillərinə Kömək” İB bayramı şəhid anaları ilə keçirdi — FOTO

SOSİAL 08 mar 2021, 23:49
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin İdarə heyəti 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş, xalqımıza qələbə zəfəri bəxş etmiş, Şəhidlərə və ailələrinə, qazilərə daima diqqət və qayğı ilə yanaşaraq, onlara mənəvi dəstək göstərmək məqsədilə tədbir keçirdi.

Demokrat.az
xəbər verir ki, tədbirdə İdarə heyətinin fəalları, millət vəkilləri, QHT və ictimai nümayəndələri, şəhid anaları və ailə üzvləri çıxış edərək, Ölkə Başçısı, Ali Baş Komandan cənab İlham Əİliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıdan söz açdılar. Qeyd etdilər ki, son bir ildə “Vətən Müharibəsi Əlillərinə kömək” İctimai Birliyinin şəhid ailələri və qazilərlə bağlı məqsədyönlü, uğurlu fəaliyyəti Dövlət Başçısının bu yöndə həyata keçirdiyi siyasətə ictimai dəstək olmaqdır. 

Çıxış edənlərin hər biri “Vətən Müharibəsi Əlillərinə Kömək”İctimai Birliyinin bu cür xeyirxah və humanitar fəaliyyətinin bundan sonra #bizbirlikdəgüclüyük şüarı altında davam etdirməyin əhəmiyyətindən danışdılar.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

No description available.
No description available.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top