Gədəbəydə ağır yol qəzası — xəsarət alanlar var

HADİSƏ 08 mar 2021, 21:22
Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Demokrat.az
xəbər verir ki, hadisə rayonun Dəyirmandağ kənd ərazisində qeydə alınıb.
 
Belə ki, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb.

Onlardan birinin, 22 yaşlı Aynurə İsmayılovanın xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən Xəstəxanaların birinə yerləşdirilib. Digər şəxslərə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır (Report).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top