İqtisadi Şura maliyyə sabitliyinin təmin olunmasıyla bağlı yeni qərarlar qəbul etdi

DAXİLİ SİYASƏT 06 mar 2021, 16:10
Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Demokrat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasda şuranın iş planına uyğun olaraq 2020-ci ilin yekunları üzrə maliyyə sabitliyi hesabatı, bank sektorunun cari vəziyyəti və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, İqtisadi Şura tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top