Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır

GÜNDƏM 06 mar 2021, 14:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini  təcavüzkar siyasətdən əl çəkib sülhə, dinc əməkdaşlığa çağırsa da,erməni hakimiyyəti və müxalifəti yaranmış imkandan hər dəfə  müxtəlif bəhanələrlə imtina etmişdir. 

Bu da Erməbistanın iri regional layihələrdən kənarda qalmasına, iqtisadi baxımdan Rusiyadan asılı vəziyyətə düşməsinə gətirib çıxarmışdır. Düşmənin hərbi avantürasının nəticəsi olaraq  başlanan 44 günlük Vətən Müharibəsində Qəhrəman  Azərbaycan Ordusu təcavüzkarın dəyəri 3-4 milyard  dollar olan hərbi texnikasını, silah sursat və  havadan müdafiə sistemlərini məhv etmiş, ona canlı qüvvə sarıdan böyük zərbə vurmuşdur.  Azərbaycan Prezidentinin qarşı tərəfi dinc əməkdaşlığa dəvət etməsi, humanist çağırışı Ermənistan tərəfindən düzgün qiymətləndirilməli və dəyərləndirilməlidir. Bu, daim erməni lobbisinin maliyyə yardımı hesabına yaşamağa öyrənmiş məğlub Ermənistan üçün  xoş məram kimi qəbul edilməlidir. Artıq bu təkliflərin doğru və ya səhv dəyərləndirilməsi onların öhdəsinə düşür. Məhv olmaq vəziyyətində olan, məğlub dövlətin düşünürəm ki, başqa çıxış yolu yoxdur. 

10 noyabr Bəyanatında nəzərdə tutulan Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat-kommunikasiya dəhlizinin açılmasını təkcə Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa əlaqələrinin bərpası  kimi başa düşmək olmaz. Xəritəyə diqqət yetirdikdə aydın olur ki, bu proyekt  Ermənistan da daxil olmaqla region ölkələrinin qarşılıqlı anlaşma, dinc birgəyaşayış və  iqtisadi inkişafını şərtləndirən böyük bir logistik sistemdir.  Qeyd edim ki, reallıqla barışmayan bəzi qüvvələr bu məğlubiyyətdən istifadə edərək Ermənistanda öz maraqlarını həyata keçirməyə çalışırlar. Bu məntiqəuyğundur, çünki, erməni milləti bütün dövrlərdə rəhbər şəxslərinin məqsədyönlü səhv təbliğatının qurbanı olmuşdur. Lakin bu gün meydanlara çıxan çıxan, həqiqəti dərk edən bəzi erməni dairələrində, erməni ictimai fikrində artıq reallığa söykənən çağırışlar eşidilməkdədir. Ermənilər “Böyük Ermənistan”, “soyqırım” kimi miflərdən yaxa qurtarıb mehriban qonşuluq və əməkdaşlıq yolunu seçməlidirlər. Erməni millətinin rifahı və tərəqqisi bu seçimdən asılıdır.

Firdovsi Tağıyev
Neftçala rayon sakini, ziyalı

Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top