Ramil İskəndərli beynəlxalq konqresdə iştirak edəcək — FOTO

GÜNDƏM 06 mar 2021, 12:55
QHT sədri Ramil İskəndərli Cinayətkarlıqla mübarizə üzrə Beynəlxalq Konqresdə iştirak edəcək.

“ShushaNews” saytının verdiyi xəbərə əsasən, cari ilin mart ayının 7-dən 12-dək Yaponiyanın Kioto şəhərində BMT-nin 14-cü Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi (qısa olaraq Cinayətkarlıq üzrə Konqresi) keçiriləcəkdir. Dünyanın əksər BMT üzv ölkələrindən olan ədliyyə və hüquq mühafizə orqanları, əlaqədar mərkəzi icra orqanları, məşvərətçi statusuna malik beynəlxalq təşkilatlar, yerli qeyri-hökumət təşkilatları və fərdi ekspertlərin iştirak etdiyi bu Konqresdə vətəndaş cəmiyyəti nümayəndəsi olaraq “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli də iştirak edəcəkdir. O, bu Konqresə pandemiya ilə əlaqədar onlayn formatda qoşulacaqdır. 

Ramil İskəndərli bu Konqressdə Mərkəzi ofisi Vyanada yerləşən “Cinayətlərin Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə QHT-larının Alyansı” beynəlxalq təşkilatını təmsil edən müstəqil mütəxəssislər sırasında olacaqdır. “Cinayətlərin Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə QHT-ları Alyansı” beynəlxalq təşkilatı 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı ilə məşvərətçi statusuna malik olan və cinayətlərin qarşısının alınması və cinayət mühakiməsinin inkişafına çalışan beynəlxalq QHT-lərin koalisiyası olaraq yaradılmışdır. Alyans sonradan BMT orqanları ilə məşvərətçi statusuna malik olmayan, lakin cinayət və ədalət mühakiməsində maraqlı olan seçilmiş milli QHT-lərin daxil olması üçün üzvlük imkanlarını genişləndirmişdir. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi keçən ildən etibarən bu təşkilatla sıx əlaqələr qurmuşdur. 

Alyansın missiyası cinayətlərin qarşısının alınması və cinayət ədliyyəsi sahəsində qlobal ictimai nəzarət funksiyasını yerinə yetirməklə araşdırma, tədris, təbliğat tipli fəaliyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələrini koalisiyada bir araya gətirməkdir. Alyans bu gün Nyu-Yorkda beynəlxalq ofisi olmaqla, mərkəzi ofisi Vyanada olan, canlı görüşlər, onlayn, qarışıq iclaslar, veb sayt və daha çox sayda əlaqə yolu ilə Alyans üzvlərini birləşdirməyə çalışmaqda davam edir. 

Sözügedən Konqress zamanı yüksək səviyyəli plenar sessiya və müxtəlif mövzularda ayrıca sessiyaların təşkili nəzərdə tutulub. Tədbirdə 2030 Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün cinayətkarlıqla mübarizə və qanunun aliliyi ilə bağlı səylərin gücləndirilməsinə dair Kioto Bəyannaməsinin qəbulu gözlənilir. Kioto Bəyannaməsinin layihə mətnində digər məsələlərlə yanaşı üzv ölkələrin ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarışmamaq prinsipnə hörmət edilməsinin vacibliyi də qeyd olunur.

No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top