Azərbaycan tütün ixracını kəskin azaldıb

BİZNES 27 fevral 2021, 22:48
Bu ilin yanvar ayında Azərbaycana 6,537 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən Demokrat.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,681 milyon dollar və yaxud 34,6% çoxdır.

Bu ilin ilk ayında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 686 min dollar və yaxud 87,85% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,01%-nə bərabər olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 13:17
18 sentyabr 2025, 12:37
18 sentyabr 2025, 12:28
18 sentyabr 2025, 11:30
18 sentyabr 2025, 11:29
Top