Azərbaycan LNG bazarındakı iştirak payını daha da artırır — VİDEO

SƏNAYE VƏ ENERGETİKA 27 fev 2021, 17:23
Azərbaycan LNG bazarındakı iştirak payını daha da artırır.

“SOCAR Trading” şirkəti 2016-cı ildən LNG (maye qaz) bazarında distribüter qismində geniş fəaliyyət göstərərək ötən qısa müddət ərzində xeyli təcrübə toplaya bilib.

Bu yaxınlarda “SOCAR Trading” hökumətlərarası saziş əsasında “Pakistan LNG LTD” və “Pakistan State Oil” şirkətlərinə il ərzində kreditlə benzin, LNG tədarükünü də təklif edib.

Həmçinin, Ukraynanın LNG bazarında da iştirak edən “SOCAR Trading” ölkəyə bu məhsulu idxal edən şirkətlər arasında səkkizinci yerdədir.

Daxili bazara gəldikdə isə SOCAR brendi altında fəaliyyət göstərən sıxılmış maye qaz doldurma məntəqələrinin sayı hazırda 32-dir. Gələcəkdə gözlənilən tələbat artımı nəzərə alınmaqla bu rəqəmi daha da artırmaq nəzərdə tutulur. 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top