Tbilisidə Xocalı soyqırımının qurbanları anıldı — VİDEO


QARABAĞ 27 fev 2021, 11:32
Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Tədbir çərçivəsində Gürcüstanda yaşayan Xocalı qətliamının şahidləri ilə görüş keçirilib.

Anım mərasimi zamanı Tbilisidəki Azərbaycan Səfirliyinin binası yaxınlığında yerləşdirilən monitorda faciəni əks etdirən foto və video materiallar nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstanın Azərbaycanlı icmasının üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri Xocalının günahsız qurbanlarının xatirəsini anmaq üçün guşəyə baş çəkiblər.

Eyni zamanda Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə məxsus üzərində “Xocalıya Ədalət” kampaniyasının loqosu, “Ana Fəryadı” abidəsinin təsviri olan 3 kiçik və 5 iri yük maşını Tbilisinin əsas küçə və prospektlərində hərəkət ediblər.

Bununla yanaşı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Marneuli merinin müavini, nümayəndə heyətinin iştirakı ilə Marneuli rayonunda yaşayan əslən Xocalıdan olan ailələrlə görüşüb.

Ətraflı Baku TV-nin süjetində:
 


Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top