Aİ-nin Cənubi Qafqazdakı nümayəndəsinin səlahiyyət müddəti uzadıldı

XARİCİ SİYASƏT 26 fev 2021, 22:02
Avropa İttifaqı (Aİ) Şurası təşkilatın Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyət müddətini daha 12 ay, yəni 2022-ci il 28 fevral tarixinədək uzatdı.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Bu vəzifəyə o, 2017-ci ilin noyabr ayında təyin olunub.

Qeyd edək ki, Estoniyalı diplomatın yaxın günlərdə Azərbaycana səfər edərək bir sıra rəsmi şəxslərlə görüşəcəyi xəbəri verilmişdi./“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top