Yerevanda parlament binası qarşısında barrikadalar quruldu

DÜNYA 25 fev 2021, 22:27
Yerevanda etirazçılar parlament qarşısındakı Baqramyan küçəsini bağlayıblar.

“Sputnik Armenia”nın məlumatına görə, birləşmiş müxalifətin nümayəndəsi İşxan Saqatelyan sözügedən ərazidə barrikadaların qurulduğunu bildirib.

“Biz iki tərəfdən Baqramyan küçəsini bağlamışıq. Ərazidə çadırlar qurmaqda və tonqallar qalamaqda davam edirik”, - deyə o qeyd edib.

Həmçinin İ.Saqatelyan bəyan edib ki, etiraz aksiyaları Baş nazir Nikol Paşinyan istefa verənədək davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top