Deputat: "Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz"

GÜNDƏM 23 fev 2021, 17:07
“Biz artıq 4 aya yaxındır Zəfər qazanmışıq. Amma əlilliyin təyin olunması məsələlərində problemlər qalmaqdadır”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Vətən müharibəsində könüllü səfərbərliklə əyinlərinə hərbçi paltarı geyinənləri, Ordumuzun əsgərlərini bu qədər gözlətmək düzgün deyil: “Müvafiq qurumlar Vətən müharibəsində iştirak edənlərin əlillik dərəcələrini tezliklə təyin etmək üçün işlər görməlidir. Digər tərəfdən Vətən müharibəsində bizə şərəf hissi bəxş edənlərin əlillik dərəcəsi ilə adi insanlara verilən əlillik dərəcəsi eyni olmalı deyil. Türkiyədə, Böyük Britaniyada bu, fərqli tətbiq edilir. Məsələn, Türkiyədə müharibədə iştirak edənlərlə bağlı 6 əlilik dərəcəsi tətbiq edilir. Avtoşluq edib əlil olan şəxslə Vətən müharibəsində sağlamlığını itirən şəxsə eyni yanaşma tətbiq etmək olmaz. Bu məsələ aidiyyəti qurumlarda baxılmalıdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top