Binə Atçılıq Mərkəzində dözülməz antisanitar vəziyyət — FOTOLAR

SOSİAL 23 fev 2021, 16:28
Bir müddət öncə saytımızda Azərbaycan atçılarının şikayəti əsasında idmanın atçılıq növünün acınacaqlı durumu haqqında məqalə dərc etmişdik. 

Şikayətçilər Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) idmançılara ögey münasibət göstərdiyini, mərkəzlərdəki şəraitsiz məkanlarda bir atın saxlanması üçün əməkdaşlardan 50 manat ödəniş tələb olunduğunu iddia edirdilər. Atçılar ippodromlardakı antisanitar vəziyyətdən də narazılıqlarını bildirirdilər. 
 
Bir gün sonra Federasiya rəhbərliyi ittihamlara cavab olaraq vitse-prezident Elşad Abbasovun açıqlamasını yaydı. 

E.Abbasov qarşı tərəfi qərəzli adlandırmaqla yanaşı problemləri həll etmək üçün görüşə də dəvət etdi.

Qarşı tərəf çağırşa biganə qalmadı, təmsilçinin növbəti açıqlamasında görüşdə jurnalistlərin iştirakının təmin olunması təklifi səsləndirildi. 

Məsələnin hələlik açıq qaldığı bir məqamda "Rupor"a Binə Atcılıq Mərkəzindəki antisanitar durumunu özündə əks etdirən fotolar göndərilib.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top