“Haber Qlobal”: Bir millət, iki dövlətin tək mediası...(FOTOLAR)

TƏHLİL 23 fev 2021, 12:00
Vətən müharibəsində qızğın döyüşlərin getdiyi ön cəbhədə yer aldı, bizimlə birlikdə kədərləndi, bizimlə birlikdə sevindi, işğaldan azad olunmuş torpaqlardan ilk görüntüləri verənlər arasında onlar da vardı. Onlar Azərbaycanın haqq səsi oldu. Onlar “Haber Qlobal”çılardır. 

Türkiyəyə səfərimizdə qardaş ölkənin media sektorunda özünəməxsus yeri olan, Vətən müharibəsində bizimlə birlikdə çiyin-çiyinə döyüşən “Haber Qlobal” televiziyasına baş çəkmək şansım oldu. Məqsədim həm Türkiyənin böyük media sektoru ilə yaxından tanış olmaq, həm də bizə təmannasız dəstək verən bu gözəl kollektivlə söhbətləşmək idi. Söhbətləşdik də...

Öyrəndim ki, Məmməd Gülməmmədovun icraçı direktoru olduğu “Haber Qlobal” hazırda qardaş Türkiyənin efir məkanında ilk beşlikdədir. 85 milyonluq auditoriya və bu auditoriyaya xitab edən çoxsaylı televiziyalar arasında bu uğuru əldə etmək böyük göstəricidir. Təbii ki, səbəbsiz də deyil. Əzmkarlıq, çalışqanlıq və ən əsası işinə sevgi ilə yanaşmaq.



“Haber Qlobal”ın baş ofisini gəzərkən bunu görməmək, hiss etməmək mümkün deyil.

500 nəfərə yaxın peşəkar kollektivi olan telekanal təkcə Türkiyədə yox, bir çox xarici ölkədə, o cümlədən, Azərbaycanda da sevilir, baxılır.

Müxtəlif bölgələrdə və ölkələrdə müxbir şöbələri olan telekanalın əsas işi informasiya istehsalı və tamaşaçıya həqiqəti çatdırmaqdır.

Vətən müharibəsində Azərbaycan həqiqətlərini bütün dünyaya necə çatdırdıqlarının canlı şahidi olduq.

Türkiyə və Azərbaycan: bir millət, iki dövlət. “Habel Qlobal” televiziyasını da məhz bir millət, iki dövlətin tək mediası hesab etmək olar.

Telekanal Türkiyəyə necə yanaşırsa, Azərbaycana da eyni münasibət göstərir.

Artıq Vətən müharibəsi başa çatıb, lakin “Haber Qlobal”çıların mübarizəsi başa çatmayıb. Onlar bu gün də Azərbaycan həqiqətlərini yorulmadan dünyaya tanıdırlar.



“Biz öz işimizi görürük”, “Haber Qlobal”çılar belə deyirlər.

Onlara Azərbaycan mediası adından təşəkkür düşür, təkcə təşəkkür yox, həm də minnətdarlıq. Uğur olsun!



Vasif Həsənli

Bakı-İstanbul-Bakı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top