Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiqləndi

DÜNYA 22 fev 2021, 23:01
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

TASS xəbər verir ki, səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb.

Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir  - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub. 

Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top