Milli Məclisin bir şöbəsi ləğv olundu, iki yeni şöbə yaradıldı

DAXİLİ SİYASƏT 12 fev 2021, 13:19
Milli Məclisdə struktur dəyişikliyi aparılıb.

"Report"un əldə etdiyi məlumata görə, parlamentin iqtisadi və sosial qanunvericilik şöbəsi ləğv edilərək iki hissəyə bölünüb.

Bununla da parlamentdə daha iki şöbə İqtisadi qanunvericilik və sosial qanunvericilik şöbəsi yaradılıb.

İqtisadi qanunvericilik şöbəsinə Məhəmməd Bazıqov, sosial qanunvericilik şöbəsinin müdiri vəzifəsinə isə Adil Vəliyev təyin edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top