Cəlilabadda narkotacirlər saxlanıldı

KRİMİNAL 11 fev 2021, 19:20
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Ələsgərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Aparılan araşdırmalarla E.Ələsgərova narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini R.Fərəcov olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin narkotik vasitə və psixotrop maddəni R.Fərəcova satan şəxsin Cəlilabad şəhər sakini İ.Hüseynli olduğu müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top