Türkiyə parlamenti Azərbaycanla nəhəng əməkdaşlıq sazişlərini təsdiqlədi — VİDEO


GÜNDƏM 11 fev 2021, 14:34
Türkiyə parlamentində beynəlxalq anlaşmalar müzakirə edilib. Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın təsdiqlənməsinə dair qanun layihəsi parlamentdə qəbul edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf edir. Anlaşma ilə iki ölkə arasında hərbi təchizat və silah sahəsində elmi-texniki nailiyyətlərin mübadiləsi yolu ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq fəaliyyətlərinin gücləndirilməsi hədəflənir. Türkiyə parlamentində həmçinin Türkiyə ilə Azərbaycan Respublikası arasında enerji və mədənçilik sahəsində əməkdaşlığa dair müqavilə də qəbul edilib. Bununla da artıq iki ölkə enerji sahəsində ortaq axtarışlar həyata keçirə biləcək”, - deyə məlumatda bildirilib.

“Haber Global” telekanalı həmçinin iki ölkə hərbçilərinin iştirakı ilə keçirilən son dövrlərin ən böyük qış təlimləri ilə bağlı da görüntüləri təqdim edib. Təlimlərin gedişi ilə bağlı kadrların təqdim olunduğu süjetdə həmçinin Azərbaycan hərbçilərinin fikirlərinə də yer verilib:

“Burada özümüzü qətiyyən qonaq kimi hiss etmirik, qardaş ölkədəyik. Birlikdə təşkil olunan təlimlər çox yaxşı keçir, bizim üçün burada olmaq şərəfdir”.

Qeyd edək ki, Qarsda keçirilən “Qış təlimləri-2021”də ümumilikdə 1 268 nəfərlik şəxsi heyət iştirak edir. Təlimlərdə həmçinin 218 adda müxtəlif çaplı silahlardan istifadə edilib.



Demokrat.az

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top