Salyanda nişan mərasimi keçirənlər cərimələndi — VİDEO

HADİSƏ 11 fev 2021, 14:21
Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top