Dövlət Toxum Fondunun sədri dəyişdi

AQRAR-SƏNAYE KOMPLEKSİ 11 fev 2021, 11:45
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fonduna yeni sədr təyin olunub.

“Report” un əldə etdiyi məlumata görə, bu vəzifə Sərxan Sərxanova həvalə edilib.

O, bundan əvvəl nazirliyə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktor müavini, “Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin üzvü olub və yeni vəzifəsində Emin Əliyevi əvəz edib.

S.Sərxanov Odlar Yurdu Universitetində "Maliyyə", Moskvadakı Rusiya Dövlət Sosial Universitetində isə "Maliyyə və Kredit" ixtisasları üzrə bakalavr dərəcəsi, İspaniyadakı OBS Biznes Məktəbində və Barselona Universitetində isə "Beynəlxalq ticarət və beynəlxalq biznes menecmenti" ixtisası üzrə magistratura dərəcəsi alıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top