Nazir polis kapitanına yeni vəzifə verdi

GÜNDƏM 10 fev 2021, 16:57
Göygöl rayon Poliş Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, bu vəzifəyə polis kapitanı Azər Ələkbərov təyin olunub.

Qeyd edək ki, Göygöl Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi polis mayoru Eldəniz Həsənov bir müddət öncə Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

A.Ələkbərov buna qədər Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsində tağım komandiri olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top