Qədim tarixə malik Qaltan dərəsi — VİDEO

SOSİAL 10 fev 2021, 11:32
Ağstafa rayonunda tarixi məkanlardan biri də Qaltan dərəsidir. Qədimiliyi ilə seçilən bu ərazilər özünün fərqli coğrafi relyefinə görə diqqət çəkir. 

Qaltan dərəsi “Keşikçidağ” Dövlət tarix mədəniyyət qoruğunun ərazisində daxildir. Burada həm düzənlik, həm dərə, həm də dağlıq ərazilər mövcuddur. Daş parçalarından, qumluqlardan ibarət maraqlı məkanlar da əraziyə gələnlərin diqqətini çəkir. 

Qaltan dərəsi həm də qədim ipək yolunun üzərində yerləşir. Bu səbəbdən ərazidə çoxsaylı kurqanlara rast gəlmək olar. Tarixən bu ərazilərin iqlimi münbit olduğundan burada yaşayan insanların əsas məşğuliyyətini maldarlıq təşkil edib. Əvvəllər Qaltan dərəsi ərazisində 87 kurqan olduğu deyilsə də, hazırda aparılan tədqiqatlar zamanı torpaq və daş qutu qəbirlər də daxil olmaqla burada 150-ə qədər kurqanın mövcud olduğu məlum olub.

Burada olan qalaların, məbədlərin, su quyularının, sığınacaqların və mağaraların hələ də araşdırmaya ehtiyacı var. Bu səbəbdən burada gələcək aylarda beynəlxalq dərəcəli alimlərin iştirakı ilə arxeoloji yay məktəblərinin təşkil olunması da nəzərdə tutulub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top