Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı AÇIQLAMA


İNCƏSƏNƏT 09 fev 2021, 16:18
İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev palataya köçürülüb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti stabil yaxşıdır: “Xalq artisti Reanimasiya şöbəsindən palataya köçürülüb. Onun səhhətindəki bir sıra problemlər artıq öz həllini tapıb. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir. Qarşıdakı günlərdə həkimlər vəziyyətini qiymətləndirdikdən sonra evə buraxıla bilər”.

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı açıqlama

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 apr 2021, 13:05
11 apr 2021, 11:12
Top