Kəndlərdə də şagirdlər artıq STEAM layihəsinin imkanlarından faydalanırlar — VİDEO

SOSİAL 09 fev 2021, 14:47
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə məktəblərimizdə STEAM layihəsinin əhatəsi genişləndirilir.

Bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat yayıb.

Bildirilib ki, paytaxtdan kənar bölgələrdə və kəndlərdə təhsil alan şagirdlərimiz də artıq bu imkanlardan faydalana bilirlər.

“Bu gün Şirvan şəhərindəki yeni yaradılan STEAM mərkəzinə tanışlıq səfəri etdik. Mərkəz Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyində qurulsa da, Şirvan şəhəri və ətraf rayonların məktəbliləri də bu mərkəzdə təşkil olunacaq proqramlarda iştirak edə biləcəklər. 

Hazırda STEAM layihəsi 147 ümumtəhsil məktəbində 25 mindən çox şagirdi birləşdirir. Ölkənin 10 müxtəlif bölgəsində bu miqyasda STEAM mərkəzlərin yaradılması planlaşdırılır. Ümumi təhsil pilləsində təhsilalanların bilik və bacarıqlarının dünyanın sürətlə dəyişən tələblərinə cavab verməsi və gələcək əmək fəaliyyətinə dair faydalı səriştələrin formalaşdırılması fəaliyyətimizin önəmli hissəsini təşkil edir”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top