Abbas Bağırov: "Başa düşə bilmirəm, musiqiçi nə ilə qidalanır?"

ŞOU-BİZNES 09 fev 2021, 09:22
"Bu gün nəyin qiymətində artım yoxdur? Hər şeyin qiymətində artım var. Başa düşə bilmirəm, musiqiçi nə ilə qidalanır?".

Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "10-da görüşək" proqramında toy qiymətlərinin artacağı və ya azalacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Sənətçi müğənnilərin də müəyyən tələbatlarının olduğunu söyləyib:

"Mahnılar, kliplər, aranjemanlar var. Onların qiyməti dəyişmirsə, heç nəyin qiyməti dəyişmir. Tədbirlərdə musiqi avadanlıqlarımız olur, onlar köhnəldikcə yenisi alınır, musiqiçilərin alətləri təzələnir. Biz onları alırıq ki, insanlar keyfiyyətli musiqini dinləsinlər. Ola bilər ki, kiminsə yetərincə vəsaiti var, jest edib, təklif irəli sürmək istəyir. Amma bu hamıya və şəxsən mənə şamil deyil. Çünki məndən savayı mənimlə birlikdə çalışan 20 nəfər musiqiçi var və onların da ailələri var. İstəyirəm ki, onlar yaxşı dolansın. Yaxşı musiqiçi yaxşı qonarar alır. Onun səninlə çalışması üçün müəyyən məbləğlər ödənilməlidir".


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top