"İndi durub araşdırmaq istəsən, "Azəriqaz" səni borclu çıxaracaq" — AzTV-nin direktor müavini

GÜNDƏM 08 fev 2021, 12:02
“Bayaq "Azəriqaz"ın işçisi gəlib aylıq qəbzi qapıya qoyub gedib. Məbləği görəndə dondum qaldım - 35.20 AZN. Heç demə camaatın dedikləri düz imiş. Narazılar haqlı imiş".

Demokrat.az xəbər verir ki, bunu AzTV-nin informasiya proqramları studiyasının direktor müavini Yunis Orucov sosial şəbəkədə bildirib.

Yunis Orucov daha sonra bunları qeyd edib:

"Mən heç vaxt bu məbləğdə qaz pulu ödəməmişəm. Qışda ən çox 22-23 manatla ayı başa vurmuşuq. İndi 35 manat. Bəyəm biz qazanxana işlədirik? 2 aydı kartla işləyən sayğacımızı gəlib dəyişdilər. Keçdilər əvvəlki üsula. Bu da nəticə. İndi durub araşdırmaq istəsən səni salacaqlar dağa daşa, axırda da borclu sən çıxacaqsan. 

Deməli, nəsə düz deyil. İndi bu düz olmayanı tapmaq vətəndaşın işidi, yoxsa?”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top