Hindistanda buzlaq sürüşdü: 150-dən çox itkin var

DÜNYA 07 fev 2021, 14:24
Hindistanın şimalında yerləşən Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşmüş hesab edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

İtkin düşənlərin çoxu təbii fəlakətin əsas zərbəsinə tuş gələn “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.

Telekanalın məlumatına görə, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub. Hakimiyyət orqanları həmin ərazilərdə çalışan fəhlələrin həyatı üçün yaranmış təhlükədən ehtiyatlanır.

Daşqınla əlaqədar su elektrik stansiyalarından aşağıda yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanılıb.

Hadisənin baş verdiyi əraziyə polislər və xilasedici dəstələr göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top