İran bu həftə koronavirus peyvəndinin tətbiqinə başlayır

DÜNYA 06 fev 2021, 17:49
İran hökuməti bu həftədən etibarən COVID-19 peyvəndinin tətbiqinə başlayacağını açıqlayıb. 

Demokrat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani paytaxt Tehranda keçirilən və özünün rəhbərlik etdiyi COVID-19-la Mübarizə Milli Komitəsinin iclasında məlumat verib. O, peyvəndlərin ilk partiyasının artıq ölkəyə çatdığını və digərlərinin də fevral ayında gələcəyini deyib. Ruhani, peyvəndlənmənin Səhiyyə Nazirliyinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq həyata keçiriləciyini bildirib. İran lideri həmçinin bildirib ki, ilk növbədə səhiyyə işçiləri, yaşlılar və xroniki xəstəlikləri olanlar peyvəndlənəcək. O, İranın əhalisinin 84 milyon nəfər olduğunu və hər kəsin peyvəndlənməsi üçün 6 aydan çox vaxt sərf ediləcəyini bildirib. Ruhani özlərinin istehsal etdiyi peyvəndlərin isə yaz və yay aylarında hazır olacağını açıqlayıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top