Sabirabad sakinlərinin işıqla imtahanı — VİDEO

SOSİAL 06 fev 2021, 13:16
Sabirabad rayonunun Zəngənə kəndində elektrik dirəkləri ölüm təhlükəsi saçır. 

Baku TV xəbər verir ki, bir neçə ildir qəzalı vəziyyətdə olan işıq dirəkləri ilə bağlı sakinlər “Azərişıq” ASC-nin Sabirabad Elektrik Şəbəkəsinə müraciət etsə də, məsələ öz həllini tapmayıb. 

Ötən gün axşam saatlarında isə uzun illər qəzalı vəziyyətdə olan işıq dirəyi aşaraq daha təhlükəli hal yaradıb.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satış İdarəsi Sabirabad Elektrik Şəbəkəsindən bildirilib ki, sakinlərin şikayətindən məlumatlıdırlar. Qurumun əməkdaşları həmin ünvana gedərək vəziyyətlə yerində tanış olublar. Qəza baş verən ərazidə müəyyən işlər görülərək həmin ünvana enerji verilişi bərpa olunub. Tezliklə qəzalı işıq dirəyi yenisi ilə əvəz olunacaq.

Ətraflı süjeti təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top