Komitədən Hadı Rəcəblinin otelindəki təcavüzlə bağlı AÇIQLAMA


HADİSƏ 05 fev 2021, 15:46
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi polis əməkdaşının Hadı Rəcəblinin otelində 14 yaşlı qıza təcavüz etməsi faktı ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Unikal.org-a açıqlamasında komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

"Bu məsələ ilə bağlı dövlət komitəsi yerli icra hakimiyyətilə birgə təhlil-araşdırmalar aparılıb və rəyin verilməsi ilə bağlı tədbirlər görülüb. Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi və digər dövlət qurumları birgə araşdırma aparır. Bu cinayət işi ilə bağlı bəzi məsələlər məxfi saxlanılmalıdır. Biz psixoloqları və hüquqşünasları cəlb edərək bu məsələdə tədbirimizi görürük. Hazırda dövlət komitəsi hüquqi çərçivədə öz işlərini davam etdirir. Gözləyirik ki, cinayət prosessual tədbirlər bitirilsin. Biz DİN-in və yerli icra hakimiyyətinin müvafiq şöbəsinin bizə verəcəyi rəyi gözləyirik. Bu cinayət işi olduğu üçün istintaqın gedişi ilə bağlı dolğun məlumat verə bilmərik".

Qeyd edək ki, Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, 2006-cı il təvəllüdlü Bəsti Cahanovanın Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri Mirsahib Kazımzadənin 26.08.2020-ci il tarixdə, saat 23 radələrində “Palıdlı sahil” otelində ona qarşı seksual xarakterli digər hərəkətlərin edilməsi barədə müraciəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb və 07.12.2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. 

30.09.2020-ci il tarixdə Mirsahib Kazımzadə daxili işlər orqanı əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyində görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında 27.01.2021-ci il tarixdə sabiq polis nəfəri Mirsahib Kazımzadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəzərinizə çatdıraq ki, hadisənin baş verdiyi  “Palıdlı sahil” oteli sabiq millət vəkili Hadı Rəcəbliyə məxsusdur. 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top