Araz Ağalarovun qızına qarşı maska fırıldağı — 2,6 milyon dollar itirdi

GÜNDƏM 05 fev 2021, 15:40
Azərbaycan əsilli  rusiyalı iş adamı Araz Ağalarovun qızı maliyyə fırıldağı ilə üzləşib.

400 min ədəd tibbi maska sifariş verən Səbinə Ağalarova bunun üçün 8,6 milyon dollar vəsait ödəyib.

Lakin məbləğ ödənildikdən sonra icraçı şirkətin rəhbəri yoxa çıxır. Xəfiyyə agentliklərindən birinin yardımı ilə Səbinə Ağalarova onu aldadan şəxsi tapır. İvanovo vilayətindən olan Sergey adlı şəxs zərərçəkmişə 6 milyon dolları geri qaytarsa da, qalan 2,6 milyon dolların maskaların hazırlanmasına sərf olunduğunu söyləyir.

Modern.az-ın yazdığına görə, məsələ ilə bağlı məhkəməyə müraciət edən Səbinə Ağalarova onu aldadan şəxsin həbs edilərək azadlıqdan məhrum olunmasını tələb edib. Amma məhkəmə itirilən 2,6 milyon dollar əvəzində, cərimələrlə birlikdə təqsirləndirilən şəxsin Ağalarovaya 3,5 milyon dollar ödəməsi ilə bağlı yekun qərar verib.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top