Ermənistanda koronavirusdan ölənlərin sayı 3 109-a yüksəldi

DÜNYA 05 fev 2021, 13:23
Ermənistanda son sutkada 158 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 726-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 109-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 350 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 637 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top