Cavid Osmanov: "Azərbaycan dünyaya öz yeni idarəetmə modelini göstərəcək"

QARABAĞ 04 fev 2021, 13:12
44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Torpaqların işğaldan azad edilməsindən sonra isə əsas vəzifə həmin ərazilərin bərpası və ora qayıdacaq soydaşlarımızın yaşaması üçün lazımi şəraitin yaradılmasıdır.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bərpa işlərinin həyata keçirilməsi üçün azad edilmiş ərazilərdə mülki idarəçilik rejiminin tətbiqinə böyük ehtiyac var idi: “Bu məqsədlə yanvar ayında Prezidentin xüsusi nümayəndəsi institutu formalaşdı və artıq Şuşa şəhərinə Prezidentin ilk xüsusi nümayəndəsi təyin edilib.

Bu çox vacib məqamdır. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə strukturuna çox ciddi ehtiyac var idi ki, bunu da cənab Prezident xüsusi nümayəndəlik institutu ilə formalaşdırdı. Bu struktur ilk növbdə bu ərazilərin tamamilə yenidən qurulmasında çox vacib rol oynayacaq və artıq yeni idarəetmə strukturu kimi fəaliyyət göstərəcək”.

Deputatın sözlərinə görə, bu ərazilərdə yeni strukturun yaradılması yeni çağırışlardır və daha sürətli, effektli və neqativ hallara yol verməyən, tamamilə şəffaf bir qurum kimi fəaliyyət göstərəcək: “Bu cür idarəetmə strukturunun həmin ərazilərdə fəaliyyət göstərməsi çox vacibdir. Çünki işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan dünyaya öz yeni idarəetmə modelini göstərəck və burada Prezidentin xüsusi nümayəndəlik institutunun böyük rolu olmalıdır. Xüsusi nümayəndəliyinin daha səmərəli, operativ idarəetmə həyata keçirəcək və bu modeldə neqativ halların heç birinə yol verilməyəcək”.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top