Karantində Bakı sakinləri kafe və restoranlarda nə qədər pul xərcləyib? — AÇIQLAMA

SOSİAL 03 fevral 2021, 13:16
Ötən il paytaxt Bakıda ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və s.) 476,2 milyon manat olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ictimai iaşə dövriyyəsinin 288,4 milyon manatı və ya 60,4%-i koronavirus  pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-dekabr aylarının payına düşüb. Ötən ilin ilk 3 ayında Bakıda ictimai iaşə dövriyyəsi 187,8 milyon manat olub.

Müqayəs üçün bildirək ki, ötən il ictimai paytaxt Bakıda iaşə dövriyyəsi 2019-cu illə müqayisədə real ifadədə 59,4% azalıb. Belə ki, 2019-cu ildə ictimai iaşə dövriyyəsi 1 milyard 160,4 milyon manat olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top