İntiqam Babayev: "Azad Rəhimov qısa zamanda dönəcək"

SOSİAL 02 fev 2021, 12:31
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azad Rəhimovun səhhəti ilə bağlı danışıb.

İ.Babayev "Report"a açıqlamasında nazirin vəziyyətinin yaxşı olduğunu bildirib.

O, hər gün A.Rəhimovla əlaqə saxladıqlarını vurğulayıb: "Hər bir addım, fəaliyyətimiz birbaşa onun tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır. İnanıram ki, qısa zamanda dönüb, yenidən canlı şəkildə gənclər və idman siyasətinin həyata keçirilməsində iştirak edəcək".

Qeyd edək ki, Azad Rəhimov hazırda ABŞ-da müalicə alır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top