Yük maşınlarının sərhəd problemi — VİDEO

SOSİAL 02 fev 2021, 10:08
Azərbaycan-Rusiya sərhədində avtomobillərin uzun növbəsi yaranıb.

Sürücülər Baku TV-yə bildirib ki, bir neçə gündür postu keçə bilmirlər. 

Məsələ ilə bağlı Samur gömrük postundan bildiriblər ki, yaranan çətinlik Rusiyanın gömrük keçid məntəqəsi ilə bağlıdır. Qonşu ölkənin keçid məntəqəsinin texniki imkanlarının məhdud olması növbələrin yaranmasına gətirib çıxarıb. 

Hazırda Samur gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bir neçə günə sıxlığın aradan qaldırılması gözlənilir.

Ətraflı süjeti təqdim edirik:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top