Bakı küçələrində quraşdırılan kameraların sayı açıqlandı

SOSİAL 02 fev 2021, 10:21
Bakı şəhəri ərazisindəki küçələrdə quraşdırılan kameraların sayı açıqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, 2020-ci ildə şəhərdə ictimai asayişin vəziyyətinə nəzarətin fasiləsiz həyata keçirilməsi “Təhlükəsiz şəhər” Sistemi tərəfindən təmin olunub, yol hərəkəti təhlükəsizliyi və qaydalarına riayət olunması yönümündə texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilib.

Məlumata görə, yeni kameralar quraşdırılaraq müvafiq texniki vasitələrin sayı ötən ildə 13 365 minə çatdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top