Suyun qiyməti niyə artdı? — Tarif Şurasından açıqlama (VİDEO)


GÜNDƏM 31 yan 2021, 18:02
Tarif Şurasının katibi Ceyhun Nəcəfov şuranın yanvarın 31-də keçirilən iclasında suyun qiyməti ilə bağlı verilən qərarı şərh edib.

Demokrat.az
-ın məlumatına görə, C.Nəcəfov bildirib ki, “Azərsu” ASC  tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, həmçinin fasiləsiz su təchizatının əhatə dairəsi genişlənmiş, bunun nəticəsində elektrik enerjisi xərcləri və digər xərclər artıb.

“Bütün bunlar nəticəsində isə artıq mövcud olan tariflərlə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılıb. Səhmdar cəmiyyəti bildirib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi , eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir”, - deyə C.Nəcəfov qeyd edib.  

Qeyd edək ki, bir kubmetr su təchizatının yeni tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top