Fransadakı etirazlarda 35 nəfər həbs olundu

DÜNYA 31 yan 2021, 09:17
Fransanın paytaxtı və digər şəhərlərdə Mətbuat Azadlığı və Qlobal Təhlükəsizlik Qanununun bəzi müddəalarındakı dəyişikliklərə etiraz olaraq icazəsiz mitinqlər keçirilib.

Etirazlar zamanı 35 nəfər polis tərəfindən həbs olunub. Fransa Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, etiraz aksiyasılarında 32770 nəfər iştirak edib. Onlardan 5050 nəfər Parisdəki mitinqə qatıldı.

Paytaxtda 28 nümayişçi saxlanılıb. İki polis yüngül xəsarət alıb. Parisdəki Republique Meydanında bir neçə nümayişçi polisə şüşə və digər əşyalar atıb.

Etiraza səbəb Qlobal Təhlükəsizlik Qanununun 24-cü maddəsinə əsasən jurnalistlərin vəzifə borcunu yerinə yetirərkən polis və ya hüquq-mühafizə orqanlarının işçilərinin foto və ya video çəkməsini qadağan edən dəyişiklik olub.

Jurnalistlər birliyi və müxalifət partiyası tərəfindən qanuna edilən dəyişiklik söz azadlığına qarşı ciddi addım hesab olunur. Qanunu pozanları bir il həbs və 45 min avro cərimə gözləyir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top