Azərbaycan çempionatında say artımına pandemiya mane olub

İDMAN 29 yan 2021, 18:41
"AFFA-nın ümumi strategiyası var. Hər zaman məqsədimiz Premyer Liqada minimum 10 komandanın iştirak etməsidir".

"Report"un məlumatına görə, bunu milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, komanda sayı cari mövsümdə 10-a çatdırmalı idi. Lakin pandemiya və sponsorlarla bağlı problem yarandığı üçün məsələnin həlli uzanıb: "Bu məsələ martda yenidən müzakirə olunacaq".

E.Məmmədovun sözlərinə görə, bölgə komandalarının azlığı futbol ictimaiyyətində tez-tez müzakirə olunur. AFFA rəsmisi yerli icra hakimiyyətlərindən dəstək gözlədiklərini söyləyib: "Demirəm ki, AFFA olaraq hər şeyi mükəmməl edirik. Amma hər bir addımın öz səbəbi olur. Biz ona görə bölgə klublarını maliyyələşdiririk ki, hansısa iş adamı futbola gəlsə, ona hazır məhsul təqdim edək. Bölgələrdə peşəkar futbolun yaşaması bizim üçün vacibdir. Bəlkə sabah hansısa İcra Hakimiyyəti bu işi öz üzərinə götürəcək. Ümid edirik ki, gələcəkdə iş adamları bu işdə öz dəstəyini göstərəcək. Biz onlardan bu addımı gözləyirik. Bölgələrdəki böyük müəssisələri ilə əlaqə saxlayır, onları klubla bağlı məlumatlandırırıq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top