Bakıda bu ay satılan villalar — Qiyməti 3 milyondan yuxarı... (FOTOLAR)

MARAQLI 27 yan 2021, 19:46
Pandemiya dünyanın hər yerində iqtisadiyyata ciddi zərər vurub. Bunun nəticəsində bəzi iri şirkətlər ya ləğv olunub, ya da kiçilməyə getmək məcburiyyətində qalıb. Azərbaycanda da bir çox sahibkarın pandemiyanın mənfi təsirlərinə məruz qaldığı məlumdur. Bəziləri bahalı avtomobillərini, daşınmaz əmlaklarını əldən çıxartmaq məcburiyyətində qalırlar. Məsələ ilə bağlı olaraq elan saytlarında kiçik bir axtarış etdik. Məlum oldu ki, Bakıda təkcə bu ilin yanvar ayında dəyəri 3 milyon manat və ondan yuxarı olan 5 villa satışa çıxarılıb.

Demokrat.az HİT.Az-a istinadən həmin malikanələri təqdim edir:

1. Nəsimi metrosunun yaxınlığında Heydər Əliyev məscidinin yanında ən pestijli küçədə 24 sot torpaq sahəsi üstündə 4 mərtəbəli super təmirli villa satılır. Hər mərtəbəsi 180 kv.m., ümumi sahəsi 720 kv.m, 4-cü mərtəbəsi mansarddır. Qeyd olunan mansardda iri zal, bar, idman zalı yerləşir. Həmin idman zalında stolüstü tennis masası basketbol oynamaq üçün yer, trenajor avadanlıqları mövcuddur və ayrıca sanuzel və sanitar qovşaq mövcuddur. Həyətdə qapalı baseyn var. Besetka və manqalxanası mövcuddur. 1 maşınlıq qarajı və yeraltı 3 maşınlıq qarajı olan villa əşyalı satılır. Malikanənnin qiyməti 3 milyon 400 min manatdır.




2. Növbəti villa Qara Qarayev metrosu yaxınlığında yerləşir. Malikanənin dəyəri 3 milyon manatdır. Villa xüsusi dizaynda, keyfiyyətli materiallarla tikilib və ən müasir avadanlıqlarla təchiz olunub.



3. Bakıxanov malikanəsi... Villa dağın üstündə tikilib. 3 mərtəbə və mansard qatdan ibarətdir. 10 otaqlı malikanənin qiyməti isə 3 milyon 250 min manatdır.



4. Növbəti bir villa isə Gənclik metrosu yaxınlığında, Teymur Əliyev küçəsində yerləşir. 6 sot ərazidə itilən, ümumi sahəsi 800 kv. m. olan 10 otaqlı villa 3,5 milyon manata satılır.




5. Sonuncu elan isə Nizami rayonu, Neftçilər metrosu yaxınlığındadır. 7 sot ərazidə tikilən malikanə ilə yanaşı, 2 mərtəbəli ev də alıcıya verilir. Əşyalı satılan villanən qiyməti 3 milyon manatdır.




 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top