Elçin Əfəndiyevin qızına vəzifə verilir

GÜNDƏM 27 yan 2021, 16:46
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq. 

Demokrat.az xəbər verir ki, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. 

Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub. 

Qeyd: H.Əfəndiyeva Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top