UEFA Bakıda keçiriləcək 1/4 finalla bağlı qərarını dəyişmədi


İDMAN 27 yan 2021, 09:09
UEFA 2020-ci ilin Avropa çempionatının formatını dəyişdirməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” bildirib.

Məlumata görə, UEFA-nın məmurları qitə birinciliyini əvvəl planlaşdırıldığı kimi Avropanın ölkəsinin 12 şəhərində keçirməyi planlaşdırır. Bu halda qeyd edilir ki, tribunalarda tamaşaçıların sayı üzrə mümkün məhdudiyyətlər təşkilatçıları qorxutmur.

UEFA-da bildiriblər ki, xərclərin minimallaşdırması məqsədi ilə AVRO-2020-nin bir və ya iki ölkəyə köçürmək istəmirlər.

Daha əvvəl bildirilib ki, UEFA AVRO-2020-nin təşkili üçün 4 ssenarini nəzərdən keçirir. Variantlardan biri təşkilatçı şəhərlərin sayının 10-a endirilməsidir.

Bu halda iki şəhər ixtisara düşəcək. Daha radikal ixtisarların mümkünlüyü bildirilir. İkinci ssenari 5 təşkilatçı ölkə, üçüncü variant kimi iki ölkəli model planlaşdırılır.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Demokrat.az

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top