Bakıda 37 yaşlı kişi bıçaqlandı

KRİMİNAL 25 yan 2021, 08:30
Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Hüseynov Nazim Əzizxan oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya çatdırılıb, müayinə zamanı onun sol bud nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top